Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbək yazıçısı İsmət Köçiyev Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub

Özbək yazıçısı İsmət Köçiyev Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub



Özbəkistan və Azərbaycan dostluğuna layiqli töhfələr verən məşhur şair və yazıçı İsmət Koçiyev Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv qəbul edilib.

Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, ona müvafiq üzvlük vəsiqəsi təqdim olunub. İsmət Koçiyev hazırda eyni anda üç ölkənin - Özbəkistan, Belarus və Azərbaycan Yazıçılar Birliklərinin üzvüdür. Bu, İsmət Koçiyevin ədəbi xidmətlərinin hətta beynəlxalq səviyyədə də tanındığının sübutudur.

Qeyd edək ki, İsmət Köçiyevin Azərbaycana həsr olunmuş əsərləri Azərbaycan hökuməti də daxil olmaqla geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Bu əsərlərinə görə o, "Azərbaycanın Dostu" qızıl ordeni ilə təltif edilib.

Onun "Heydər Əliyevin qələbəsi", "Azərbaycanın qələbəsi" əsərləri iki ölkə xalqları arasında əsrlər boyu davam edən dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə mühüm töhfələr verib.

Süleyman
Xəbəri paylaş