
Ermənistan müxalifəti siyasi məhbusları, xüsusən də Ana Ermənistan müxalifət partiyasının üzvü Areknaz Manukyanı dəstəkləmək üçün Yerevanda Avropa Birliyi Nümayəndəliyinin qarşısında mitinq keçirir.
Newscenter.az TASS-a istinadən bildirir ki, aksiya yerli kanallar tərəfindən yayımlanır.
Aksiya iştirakçıları iddia edirlər ki, İrqçilik və Dözümsüzlüyə Qarşı Avropa Komissiyasının bütün standartlarına görə, Ermənistanda siyasi məhbus sayıla bilən 10 mindən çox məhbus var. Etirazçılar bildirirlər ki, Ermənistanda məhkəmə sistemi ədalətə və insan hüquqlarına deyil, siyasi sifarişlərə xidmət edir.
Qeyd edək ki, aksiya Manukyanın məhkəməyəqədər həbs müddətinin bir hissəsi kimi onunla görüşməsi qadağan edilən azyaşlı qızının ad günü şərəfinə təşkil edilib.
Xatırladaq ki, iyulun 9-da Ermənistan İstintaq Komitəsi (İK) Manukyanın dövlət sirri olan məlumatları açıqlamaqla bağlı cinayət işi ilə əlaqədar həbs olunduğunu elan edib. Həmin gün Yerevan Baş Yurisdiksiya Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Anar












































