Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbi Nil virusunun Yunanıstanda yayılması genişlənir

Qərbi Nil virusunun Yunanıstanda yayılması genişlənir


Qərbi Nil virusunun Yunanıstanda yayılması genişlənir.

Newscenter.az yerli mediaya istinadən xəbər verir ki, Yunanıstanda ilk yoluxma halı Tiva şəhərində aşkarlandığı bildirilir.

Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, şiddətli baş ağrıları ilə Tiva Xəstəxanasına müraciət edən 65 yaşlı şəxsə laboratoriya müayinələrindən sonra Qərbi Nil virusu diaqnozu qoyulub.

Xroniki xəstəliyi olmayan xəstənin sağlamlığının yaxşı olduğu bildirilir.

Xəstənin aşkarlanmasından sonra Mərkəzi Yunanıstan Regional Administrasiyasının qrupları Tiva ətrafında təcili yardım və hədəf ağcaqanad nəzarəti tədbirlərinə başlayıblar.

Bölgədə ağcaqanad nəzarəti proqramı hər gün davam edir.

Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatlarına görə, ilin əvvəlindən 5 avqusta qədər ölkədə 65 yoluxma halı aşkar edilib və 65 yaşdan yuxarı 6 nəfər ölüb.

Keçən il avqust ayına qədər Yunanıstanda Qərbi Nil virusuna yoluxma hallarının 35-i qeydə alınıb. 2025-ci ilin bütün dövründə yoluxma hallarının sayı 96-ya çatıb və virus səbəbindən 10 nəfər həyatını itirib.

Anar
Xəbəri paylaş