Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya normal qonşuluq münasibətlərindən uzaq ölkədir

Rusiya normal qonşuluq münasibətlərindən uzaq ölkədir


“Son günlər Rusiyanın müxtəlif media resurslarında Azərbaycan dövlətinə və xalqına, onun hakimiyyətinə qarşı dərc edilən yazılar bir daha Moskvanın normal qonşuluq münasibətlərindən uzaq bir ölkə olduğunu sərgiləyir. Hər nə qədər Rusiya rəsmiləri bu halı ört-basdır etməyə çalışsalar da, ancaq görünən odur ki, Azərbaycana qarşı kampaniyanın sifarişi məhz Kremldən, eləcə də Rusiyanın digər müvafiq qurumlarından verilir. Əgər belə olmasaydı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ciddi cəhdlə Azərbaycana qarşı şər-böhtan xarakterli yazılar yazan, ərazi bütövlüyümüzü təhdid edən fikirıərin mülliflərinin müdafiəsinə qalxmazdı”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Rusiya bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmaq, keçmiş problemləri arxada buraxıb əlaqələri yeni müstəvidə qurmağa çalışır, digər tərəfdən ölkəmizə qarşı kampaniya aparır:

“Rusiya rəsmilərinin bu ölkədə medianın, jurnalistlərin azad olduğu, istənilən qələm əhlinin müstəqil fikir ifadə edə bilməsini iddia etməsi də kökündən yalnışdır. Rusiyanın necə azad, müstəqil, fikir və söz azadlığına hötmət etdiyi göz qabağındadır. Heç bir media resursu və təmsilçisinin nəinki Kreml rəhbəri, hətta hansısa hakimiyyət nümayəndəsinə qarşı tənqidi xarakter daşıyan yazı yaza bilmədiyi hər kəsə məlumdur. Ona görə də tam əminliklə deyə bilərik ki, Azərbaycana qarşı kampaniyanın arxasında məhz Kreml və digər hakimiyyət strukturları dayanır”.

Arzuman Muradlı qeyd edib ki, şimal qonşumuz bu cür addımları ilə bütün körpüləri yandırmaq xətti tutduğunu nümayiş etdirir:

“Ancaq Rusiya bilməlidir ki, tutmuş olduğu bu xətt onun üçün daha çox ziyanlı olacaq. Moskva nə qədər gec deyil yalnış yoldan çəkinməlidir”.

Süleyman
Xəbəri paylaş