Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suren Papikyan özündən əvvəlki rəhbər səxslərin uğursuz addımlarını təkrarlayır

Suren Papikyan özündən əvvəlki rəhbər səxslərin uğursuz addımlarını təkrarlayır


"Ermənistan ordusunda ölüm və intihar hallarının maksimum dərəcədə artdığı bir vəziyyətdə katibəsi ilə evlənən nazir Suren Papikyan qadın hərbi qulluqçuları şərti dövlət sərhədində yerləşən mövqelərə döyüş növbətciliyinə göndərmək barədə qərar qəbul edib.

Qadınların döyüş növbətciliyinə cəlb edilməsi ilə Suren orduda ölüm hallarının sayını azaltmaq və ümumilkdə intizamı gücləndirməyə çalışır. Əslində isə bu addım məğlub ölkənin yarımtörədici gənclərin erməni ordusunda xidmət etmək istəməməsi ilə bağlıdır".

Newscenter.az xəbər verir ki, bunları hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, döyüş növbətciliyinə cəlb olunan erməni axçilər arasında aşağı sosial məsuliyyətli qadınların olması istisna deyil:

"Daha əvvəlki illərdə, əsasən 2020-2023-cu illərdə Ermənistan rəhbərliyi müxtəlif istiqamətlərdə Azərbaycan əsgərinə və rus kontingəntə qarşı qadınlardan snayper, tibb bacısı, yolunu azan rabitəçi, "bakteroloji silah" və başqa bəhanələr ilə istifadə etməyə cəhd etmişdi. Bu faktlara aid vudeomateriallara sosial şəbəkədə rast gəlirdik. İndi isə müdafiə naziri Suren Papikyan özündən əvvəlki rəhbər səxslərin uğursuz addımlarını təkrarlayır. Suren yəqin ki, erməni qadınları döyüş növbətciliyinə cəlb etməklə erməni gənclər üçün təmas xəttində stimul yaratmağa çalışır".

Ekspert deyib ki, ilkin mərhələdə bu, savadsız erməni gənclər üçün bir qədər cəlbedici görünəcək:

"Bəlkə də komplektləşdirilmə faizinə az da olsa müsbət təsir edəcək, amma orta və uzunmüddətli perspektivdə isə daha ciddi nizamnamədən kənar münasibətlərə, kütləvi davalara və hətta silahlı toqquşmalara gətirib çıxaracaq".

Süleyman
Xəbəri paylaş