Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəli nazirin məzarı açıldı

Türkiyəli nazirin məzarı açıldı


Türkiyənin keçmiş nəqliyyat naziri Arif Əhməd Denizolğunun məzarı açılıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb mərhum nazirin qardaşı oğullarının onun ölümü ilə bağlı cinayət işi qaldırması olub.

Nəticədə, Bakırköy Baş Prokurorluğu Denizolğunun məzarının məhkəmə-tibbi ekspertizası üçün açılmasını istəyib. Bu qərarın bir hissəsi olaraq, İstanbuldakı Karacaahmet qəbiristanlığında eksqumasiya aparılıb.

Prokurorlar və hadisə yeri müstəntiqlərinin iştirak etdiyi prosedur təxminən 3 saat davam edib.

Məzardan götürülmüş DNT nümunələri Məhkəmə Tibbi Ekspertiza İnstitutuna göndərilib. Ölümün təbii səbəblərdən baş verib-verməməsi elmi və məhkəmə-tibbi ekspertiza nəticələrinə əsasən yenidən araşdırılacaq.

Qeyd edək ki, Denizolğun 6 sentyabr 2016-cı ildə vəfat edib. ANASOL-D koalisiya hökumətində nəqliyyat naziri vəzifəsində çalışan Denizolğunun ölümü ilə bağlı müxtəlif iddialar ortaya çıxıb.

Süleyman
Xəbəri paylaş