Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Özbəkistan: ortaq dəyərlər, vahid iqtisadi maraqlar

Azərbaycan və Özbəkistan: ortaq dəyərlər, vahid iqtisadi maraqlar


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Daşkənd şəhərində mətbuat qarşısında bəyanatla çıxış ediblər.
İlk öncə bildirmək istərdim ki, iki dövlət arasındakı qarşılıqlı münasibətlərin kökləri uzaq əsrlərə dayanır, özbək və azərbaycanlı xalqlarını isə ortaq dil qrupu, din, mədəniyyət, həmçinin oxşar milli adət-ənənələr birləşdirir. Keçmişdə hər iki ölkə uzun illər boyu SSRİ-nin müttəfiq respublikaları kimi fəaliyyət göstərib. Ötən əsrin 30-cu illərində baş verən kütləvi repressiyalar dövründə on minlərlə azərbaycanlı məhz Özbəkistan torpağında sığınacaq tapmışdır. Hazırda 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin iqtisadi, sosial, ictimai və digər sahələrinin inkişafında fəal şəkildə iştirak edir.
Bu möhkəm tarixi və humanitar bağlar bu gün Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələrin də sürətli inkişafı üçün mühüm zəmin yaradır. Dövlət başçısının mətbuata bəyanatında vurğuladığı kimi, iki ölkə arasında əməkdaşlığın geniş miqyasını həyata keçirilən və nəzərdə tutulan çoxsaylı yeni layihələr də aydın şəkildə göstərir. Bankçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın aparıcı banklarından birinin Özbəkistan bazarına daxil olması, eləcə də SOCAR-ın Özbəkistanın pərakəndə yanacaq bazarında fəaliyyətə başlaması iqtisadi tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Dövlət başçısı həmçinin neft və qaz yataqlarının kəşfiyyatı ilə bağlı layihələrdə artıq mühüm mərhələnin geridə qaldığını bildirmiş və qarşıdakı dövrdə istismar quyularının qazılmasına başlanacağına ümidvar olduğunu ifadə etmişdir. Bu layihələrin uğurla reallaşması Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının daha da möhkəmlənməsinə, enerji sahəsində əməkdaşlığın genişlənməsinə və yeni iqtisadi imkanların yaranmasına mühüm töhfə verəcəkdir.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş