Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ortaq dəyərlər və gələcəyə hesablanmış layihələr

Ortaq dəyərlər və gələcəyə hesablanmış layihələr


"Özbəkistanla münasibətlərin dinamikası və bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələr Prezident İlham Əliyevin müsahibəsində qırmızı xətt kimi keçən əsas məqamlardandır".

Newscenter.az xəbər verir ki, bunu Bakı şəhəri Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayeva deyib. Onun sözlərinə görə, dövlət başçısının bu açıqlamaları xalqlarımızın tarixi köklərə əsaslanan dostluğunu bir daha önə çəkir və gələcək nəsillər üçün möhkəm təməl yaradır:

"İnkişafın əsas hərəkətverici qüvvəsi olan bilik, əməkdaşlıq və qarşılıqlı etimad prinsipləri bu cür strateji sənədlərdə öz əksini tapdıqda cəmiyyətin bütün təbəqələri üçün aydın inkişaf istiqamətləri formalaşır. Hər bir vətəndaşın bu prosesləri izləməsi və ölkənin ümumi inkişaf strategiyasına intellektual töhfə verməsi cəmiyyətin tərəqqisini sürətləndirən güclü amildir".

Süleyman
Xəbəri paylaş