
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşlarının müşayiəti ilə təcili yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilir.
Newscenter.az-ın xəbərinə görə, bu barədə 24news.am məlumat verib.
Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan da keçmiş prezidentin xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.
Qeyd edək ki, Robert Köçəryanın və böyük oğlu Sedrak Köçəryanın əvvəllər saxlanıldığı və Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıldığı bildirilir. Ermənistanın keçmiş prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaq və çirkli pulların yuyulmasında ittiham olunur. İşlə bağlı altı nəfər saxlanılıb.
Süleyman












































