Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tarixi köklərdən qaynaqlanan sarsılmaz və güclü birlik

Tarixi köklərdən qaynaqlanan sarsılmaz və güclü birlik


Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibə sübut edir ki, Bakı ilə Daşkənd arasındakı münasibətlər tamamilə fərqli, daha sarsılmaz bir təmələ — ortaq tarixə, qardaşlığa və sınaqlardan keçmiş mənəvi bağlara söykənir. Azərbaycan liderinin çıxışında tarixi faktlara bu qədər geniş və dərin yer ayırması sadəcə keçmişə hörmət deyil, həm də gələcək müttəfiqliyin yol xəritəsini cızan strateji bir gedişdir.
Bu gün dünya nizamının yenidən formalaşdığı, ənənəvi təhlükəsizlik arxitekturasının sarsıldığı bir dövrdə Azərbaycan və Mərkəzi Asiyanın vahid bir geosiyasi məkan kimi çıxış etməsi qaçılmaz zərurətə çevrilmişdir.

Prezident İlham Əliyev öz analitik təhlilləri ilə göstərdi ki, Şərqlə Qərbi birləşdirən Orta Dəhliz layihəsində Azərbaycan və Özbəkistan sadəcə tranzit coğrafiyalar deyil, bu qlobal zəncirin təhlükəsizliyini, sabitliyini və səmərəliliyini təmin edən əsas hərəkətverici qüvvələrdir. İki ölkənin iqtisadi və logistik potensialının sinerjisi təkcə regionun deyil, bütövlükdə Avrasiya qitəsinin ticarət xəritəsini yenidən formalaşdırır.

Müsahibədə xüsusi qırmızı xətlə keçən digər mühüm məqam isə Türk dünyasının birliyi və Türk Dövlətləri Təşkilatının (TDT) qlobal güc mərkəzinə çevrilməsi vizyonudur. Azərbaycan dövlət başçısının mesajları açıq şəkildə nümayiş etdirir ki, Türk dünyasının bütövləşməsi Bakı və Daşkənd üçün xarici siyasətin prioritet istiqamətidir. Əsrlər boyu böyük sivilizasiyalar bəxş etmiş bu ortaq coğrafiya, indi həm hərbi-siyasi, həm də iqtisadi mənada yeni bir intibah dövrünə qədəm qoyur.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Xəbəri paylaş