
Qarşıdan gələn qış Ukrayna üçün asan olmayacaq.
Newscenter.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıxal deyib.
Nazir qarşıdkı aylarda enerji sektoruna daha çox ziyan dəyəcəyini istisna etməyib.
"Ötən qış Ukrayna enerji infrastrukturuna ciddi ziyan dəydi və bu da uzun müddətli elektrik və istilik kəsintilərinə səbəb oldu. "Ukrenergo" zədələnmiş enerji obyektlərinin bərpasının hələ də davam etdiyini və itirilmiş gücün hələ də kompensasiya edilmədiyini etiraf edir",-deyə nazir bildirib.
Anar













































