
Xəzər Boru Kəməri Konsorsiumuna edilən hücumlar səbəbindən neft hasilatı planı yenidən nəzərdən keçiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjanov məlumat verib.
"Əvvəlcə ötən il olduğu kimi, bu il də 99 milyon 550 min ton neft hasil etməyi və bu rəqəmi 100 milyon tona çatdırmağı planlaşdırırdıq. Yanvar ayında baş verən hücumlar, eləcə də iyun-iyul aylarında davam edən hücumlar səbəbindən təxminən 3,5 milyon ton neft hasilatı itirdik. TCO səhmdarları bu ildən əsaslı təmiri gələn ilə təxirə salmaq qərarına gəldilər. Bu, müəyyən bir fürsət verdi", - deyə nazir bildirib.
Nazir qeyd edib ki, NCOC operatorları da əsaslı təmiri 2027-ci ilə təxirə salıblar.
"98 milyon ton neft hasil etməyi planlaşdırırdıq, indi yenidən işlənmiş plan 96 milyon tondur. Xəzər Boru Kəməri Konsorsiumuna edilən hücumlar Qazaxıstanda neft hasilatını 3,5 milyon ton azaldacaq. Hesablama belədir", - deyə Yerlan Akkenjanov bildirib.
Süleyman












































