Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Xalq Respublikasının sədri Si Cinpin Qırğızıstana dövlət səfəri edəcək

Çin Xalq Respublikasının sədri Si Cinpin Qırğızıstana dövlət səfəri edəcək


Qırğızıstan Prezidenti Sadir Japarovun dəvəti ilə Çin Xalq Respublikasının sədri Si Cinpin 30 avqustda Qırğızıstan Respublikasına dövlət səfəri edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, danışıqlar zamanı Qırğızıstan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin aktual məsələləri müzakirə olunacaq. Səfərin nəticəsi olaraq bir sıra dövlətlərarası, hökumətlərarası sənədlərin imzalanması planlaşdırılır.

Çin Xalq Respublikasının sədri həmçinin Qırğızıstan Respublikasının Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında və Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.

Süleyman
Xəbəri paylaş