Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uğurlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir

Uğurlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir


"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfərə gəlib. Tədbirdə təşkilatın 25 illiyi, eləcə də insanlararası və mədəni mübadilələr, regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunacaq. Tədbirdə 17 dövlətin liderinin iştirakı nəzərdə tutulub.

Çox vektorlu xarici siyasət həyata keçirən Azərbaycan əksər aparıcı beynəlxalq qurumlar, o cümlədən ŞƏT və təşkilata üzv olan əksər dövlətlər ilə tərəfdaşlığı gücləndirir. Qərb və Şərqlə əməkdaşlığını dərinləşdirən Azərbaycanın regional təhlükəsizliyin qorunmasında rolu daha da artmaqdadır".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. Millət vəkili deyib ki, ŞƏT ilə tərəfdaşlıq coğrafı paylaşımına və əhalisinə görə dünyanın ən böyük təşkilatı ilə əməkdaşlıq deməkdir:

"Avrasiyanın 65, dünya ərazisinin 24 faizini əhatə edən təşkilata üzv dövlətlərdə dünya əhalinin 42 faizi yaşayır. Bu eyni zamanda, qlobal nominal ÜDM-in 24, real iqtisadiyyatın isə 36 faizinin həmin dövlətlərdə formalaşması deməkdir.

Azərbaycan təşkilat ilə dialoq tərəfdaşlığı olan 15 dövlətdən biridir. 10 üzvü olan təşkilatda 2 dövlət müşahidəçi kimi təmsil olunur. Azərbaycan dialoq tərəfdaşı kimi bu qurumla sıx əməkdaşlıq edir. Bu 25 trilyon dollarlıq iqtisadiyyatı olan təşkilat ilə tərəfdaslıq deməkdir. Azərbaycanın dörd əsas ticarət tərəfdaşından üçü bu təşkilatda təmsil olunur. Onlardan ikisi üzv, biri isə tərəfdas dövlətdir".

Deputat qeyd edib ki, ŞƏT ilə əməkdaşlığın güclənməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalmaqdadır:

"Uğurlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir".

Süleyman
Xəbəri paylaş