
Son vaxtlar Ermənistanda revanşist-millətçi qüvvələr yenə fəallaşıblar. Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfəri çərçivəsində Şuşa və Xankəndiyə səfər etməklə bərabər, Ağdərə rayonunda yerləşən və erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri olan Gəncəsər Monastır Kompleksinə baxış keçirmələri, eləcə də Kəlbəcər rayonunda erməni vandalizminə məruz qalmış Xudavəng məbədini ziyarət etmələri isə erməni revanşistləri arasında əməlli-başlı ajiotaja və isterikaya səbəb olub. Fransanın ölkəmizdəki səfiri Sofi Laqo, ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da daxil olmaqla, böyük bir diplomatik heyətin işğaldan azad edilmiş ərazilərimizi tam bir həmrəylik atmosferində ziyarət etməsi ermənilərin, necə deyərlər, lap cızdağını çıxarıb.
Ona görə də bu gün sosial şəbəkələrin erməni seqmenti sanki matəm, yas içindədir. Bəzi erməni blogerləri, ictimai fəalları öz paylaşım və rəylərində az qala ağızları köpüklənə-köpüklənə və həm də isterik şəkildə sual verirlər ki, "bəs, Qarabağa səfər edən diplomatlar arasında niyə heç kim soruşmadı ki, "bu torpaqda minilliklər boyu" yaşayan yerli sakinlər hardadır? Hanı erməni kilsələri?". Bir sözlə, bu gün ermənilər bu dünyanın "ədalət"sizliyindən şikayətlənir, "insan həyatı üzərində qurulan geosiyasət"i lənətləyirlər.
Bax, budur ermənilərin əsl üzü: 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayanda, tarixi abidələrimizi və məscidlərimizi dağıdanda, yüzminlərlə insanımızı öz doğma yurdlarından didərgin salanda, nədənsə, "ədalət" anlayışı ermənilərin yadlarına düşmürdü. ATƏT-in Minsk qrupunun satqın həmsədrləri lənətə gəlmiş "geosiyasət" və "status-kvo" amilindən çıxış edib bizi işğal faktı ilə barışdırmağa çalışanda da ermənilər bu ədalətsiz geosiyasi oyundan həzz alırdılar. Amma indi tarixin təkəri öz hərəkətini doğru istiqamətə dəyişməyə başlayanda və beynəlxalq hüquq öz yerini tutmağa başlayanda isə ermənilərin yaddaşı birdən-birə möcüzəli şəkildə bərpa olunur və onlar xorla "ədalət"sizlikdən, "geosiyasi oyun"lardan dəm vurmağa başlayır, 30-35 il əvvəl olduğu kimi yenə özlərini "əzabkeş xalq" kimi göstərməyə çalışırlar.
Elə isə bu halda bizim də ermənilərə çoxlu suallarımız var:
-Niyə 1988-ci ildən bəri heç bir əcnəbinin, o cümlədən Minsk qrupunun bədnam həmsədrlərinin də ağlına gəlmədi ki, ermənilərə sual versinlər ki, onlar Qərbi Azərbaycanın yerli sakinləri olan azərbaycanlıları nə üçün qovdular? Niyə heç kim soruşmadı ki, ermənilər nə məqsədlə bizim əzəli və əbədi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzuru 30 ilə yaxın işğal altında saxladılar? Niyə heç bir beynəlxalq təşkilat 1992-ci ildə Xocalıda törədilən soyqırımına görə ermənilərdən hesab sormadı? Nə üçün soruşan olmadı ki, bəs, Azərbaycan məscidləri hardadır, qəbirstanlıqlar niyə dağıdılıb?
Bütün bu sualların cavabını dünya birliyi də və elə ermənilərin özləri də çox yaxşı bilirlər. Onlar həmçinin tarixi həqiqətləri də yaxşı bilirlər. Və onu da dəqiq bilirlər ki, bu gün diplomatların səfər etdikləri Qarabağ və Şərqi Zəngəzur torpaqlarında minilliklər boyu yaşayan xalq ermənilər deyil, azərbaycanlılardır. Əsrlər boyu oralarda azərbaycanlıların yaşadığını və o yerlərin gerçək sahibi olduğunu heç kim dana bilməz. Həmçinin Gəncəsər və Xudavəng kimi məbədlərin hansı xalqa məxsusluğu da aydındır. O məbədlərin, kilsələrin hətta daş və divarları da, fasadındakı kitabələri və interyerindəki işləmələri də və ən əsası isə milli memarlıq quruluşu da bu tarixi irsin məhz bizə məxsusluğunu qeydsiz-şərtsiz təsdiqləyir.
Siz ermənilər işğal dönəmində Qafqaz Albaniyasının xristian irsini özünüzünküləşdirməyə və alban məbədlərinin memarlıq autentikliyinə müdaxilə etməyə çalışsanız da, lakin buna tam şəkildə nail ola bilmədiniz. Və bu gün bütün tarixi saxtakarlıqlarınız da artıq xarici diplomatların gözləri önündə ifşa olunur. Eləcə də bunu da hamı bilir ki, heç kim sizi Qarabağdan qovmayıb. Siz Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqına qarşı törətdiyiniz vəhşiliklərə görə ədalət məhkəməsi önündə hesab verəcəyinizi başa düşüb, qorxunuzdan Qarabağı könüllü tərk etdiniz.
Azərbaycan dövləti yenə də humanistlik göstərərək, hətta sizə Qarabağda qalmağı və Azərbaycan vətəndaşlığı almağı təklif etsə də, lakin siz öz günahınızı yaxşı bildiyiniz üçün Ermənistana köçməyə üstünlük verdiniz. Sizdən fərqli olaraq nə barbarıq, nədəki vandalıq. Biz heçnəyi sökmürük, dağıtmırıq. Kilsələr də öz yerində durur. Ona görə də sizə tövsiyəmiz budur ki, çalışın nə tarixi təhrif edin, nə diplomatları ədalətsizlikdə suçlayın, nədəki bu torpaqlardan guya zorla qovulduğunuz barədə nağıllar uydurun. Yoxsa, bu cür xəstə davranışlarınız bir millət kimi sizin axırınıza çıxa bilər. Başa düşün ki, dünya birliyini aldatmaq səyləriniz artıq əvvəlki kimi nəticə vermir. Özünüzə "Stop!" deməyi bacarın, ay qafil ermənilər!
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri










































