Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Divara dırmaşanlara niyə bu qədər çox baxılır?-VİDEO

Divara dırmaşanlara niyə bu qədər çox baxılır?-VİDEO


TikTok-da canlı yayımlar açılır. Baxırsan ki, bir-biri ilə canlı yayımda yarışırlar və milyonlarla pul dövr edir. Sosial mediada elə fenomenlər var ki, mənəvi və ictimai baxımdan heç bir dəyər yaratmayan bir paylaşımından 20-30 min manat gəlir əldə edir.
Ən maraqlısı isə budur: buna insanlar niyə baxırlar?

Araşdıranda görürsən ki, həmin şəxslər müxtəlif mənasız hərəkətlər edir — divara dırmaşır, ora-bura yıxılır, müxtəlif hərəkətlər göstərirlər. Amma həmin videoların altında minlərlə, hətta milyonlarla baxış, minlərlə bəyənmə olur.

Deməli, məsələ yalnız həmin insanlarda deyil. Məsələ həm də onlara baxanlardadır.
Tələbələrlə və gənclərlə işləyərkən belə hallara tez-tez rast gəlinir. Səhərdən oturub gözləyirlər: “Görəsən, saat 10 olsun, filankəs canlı açsın, biz də onun mənasız hərəkətlərinə baxaq”.

İndi gəlin özümüzə sual verək: niyə buna bu qədər maraq göstəririk? Niyə belə məzmunu bəyənirik və paylaşırıq?

Əgər bir insanın mənasız davranışına minlərlə insan baxır, minlərlə insan onu bəyənir və nəticədə həmin şəxs bundan ciddi gəlir əldə edirsə, deməli, həmin məzmunun yayılmasına və daha da populyarlaşmasına auditoriyanın da böyük təsiri var.

Bəs sosial media savadlılığı, sosial mediadan düzgün istifadə və onun gənclərə təsiri ilə bağlı hansı ciddi addımları atırıq?

Bəli, müəyyən layihələr həyata keçirilir. Amma bunlar yetərli deyil. Gənclərə sosial mediadan sadəcə istifadə etməyi yox, ondan düzgün istifadə etməyi, qarşılarına çıxan məzmunu təhlil etməyi və keyfiyyətli ilə keyfiyyətsiz məzmunu ayırd etməyi öyrətmək lazımdır.

Çünki sosial mediada keyfiyyətsiz məzmun nə qədər çoxdursa, onun qarşısında maarifləndirici, düşündürücü və faydalı məzmun da bir o qədər çox olmalıdır.
]
Ceyhun Məmmədov,

Milli Məclisin deputatı
Xəbəri paylaş