
Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Pirşağı qəsəbəsində sakinlərlə görüşüb. Görüş Pirşağı Bələdiyyəsində təşkil olunub.

Newscenter.az xəbər verir ki, görüş zamanı sakinlərin müraciətlərində əsasən nəqliyyat və infrastruktur problemləri, kommunal və kommunikasiya məsələləri, sahibsiz itlərlə bağlı vəziyyət, eləcə də qəsəbəyə yaxın ərazidə fəaliyyət göstərən tibb müəssisələrində icbari tibbi sığorta xidmətlərindən istifadə imkanlarının əlçatanlığı ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Deputat sakinlərin müraciətlərinin diqqətdə saxlanılacağını və aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Süleyman










































