Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müttəfiqlik salnaməsi

Müttəfiqlik salnaməsi


Üç il əvvəl Laçın-Xankəndi və Ağdam-Xankəndi yolu ilə bağlı ermənilərin davam etdirdiyi “humanitar blokada” şousu yaddan çıxmır və anti-terror ilinin 3-cü ildönümü ərəfində bu mövzuya yenidən qayıtmaq istədim.
Həmin dövrdə Azərbaycanın milli maraqlarına qarşı sui-istifadə edən dövlətlərin, xüsusilə də Fransanın, Kanadanın ədalətsiz mövqeyini izləyirdik. Ermənistana havadarlıq edən bu ölkələr bölgədə sülhü pozmağa cəhd edir, Azərbaycana qarşı BMT, müxtəlif təşkilatlarda əsassız iddialar qaldırırlar.
Ancaq biz həmin vaxt İkinci Qarabağ müharibəsində olduğu kimi baş verən geosiyasi proseslərdə yanımızda olan İsrailin əsil müttəfiqlik nümunəsi nümayiş etdiridiyini də yaxından izlədik. İsrail Səfirliyinin həmin məsələ barədə açıqlamaları erməni saxtakarlıqlarının darmadağn edilməsində çox ciddi mesaj oldu.
İsrailin nüfuzlu siyasi şərhçilərinin, ictimai xadimlərin çıxışlarında və yazılarında Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadəni təşkil edən Azərbaycanın xoşniyyətli addımlarının müqabilində ermənilərin apardığı böhtan kampaniyasıı əsil diplomatik üsulla ifşa edildi.
Həmin vaxt, erməni lobbisinin çirkin oyunlarından biri kimi Holokost mövzusundan Azərbaycana qarşı qarayaxma təbliğatı da meydana çıxmışdı. Bu cəhdlər də puç oldu.
Dünyanın müxtəlif yerlərində yaşayan yəhudilər, ravvinlər həmrəyliklə, mütəşəkkilliklə bəyanat verərək Ermənistan rəhbərliyinin Azərbaycana qara yaxmaq və təbliğat məqsədləri üçün Holokostdan istifadə etmək fürsətçilliyinə sərt mövqe bildirdilər, bu sərrast zərbə ilə erməniləri rüsvay etdilər.
Eləcə də Milli Məclisdə keçirilən Azərbaycan-İsrail parlamentlərarası dostluq qruplarının görüşündə İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdə səslənən fikirlərdə də Azərbaycan və İsrail arasında möhkəm dostluğu pozacaq heç bir qüvvənin movcud olmadığına işarə edildi.
İsrailli deputatların Azərbaycana səfəri çərçivəsində Quba rayonunun Qırmızı Qəsəbəsində olması da siyasi həmrəyliyə işarədir.
2023-cü ildə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Təl-Əvivdə İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi, Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisi və digər mühüm dövlət qurumlarının nümayəndələri ilə görüşləri, baş nazir Netanyahu tərəfindən qəbul olunması və söhbət zamanı Azərbaycana qarşı dəstəyin ifadə olunması bir daha İsrailin strateji müttəfiq kimi əbədi dostluğunun göstəricisi olduğunu nümayiş etdirdi.
Hikmət Hacıyevin İsrailin nüfuzlu “I24NEWS” telekanalına müsahibəsində vurğuladı ki, Azərbaycan və İsraili möhkəm dostluq əlaqələri, strateji tərəfdaşlıq birləşdirir və hazırda iki ölkə arasında münasibətlərin dinamikası hər gün artır. Bizim aramızda sarsılmaz dərin etimad və inam daha da möhkəmlənir. Bu möhkəm etibarlı və strateji müttəfiqlik üçüncü bir ölkəyə, o cümlədən bizim qardaşlığımızı qısqanan İrana yönlməyib. İki ölkənin səmimi və xoşməramlı münasibətləri regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş