Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və ABŞ arasında dialoqda müsbət irəliləyişlər Avropanı qəzəbləndirir

Rusiya və ABŞ arasında dialoqda müsbət irəliləyişlər Avropanı qəzəbləndirir


Rusiya və ABŞ arasında əməkdaşlıqda hər hansı müsbət irəliləyiş Avropada bu ölkələr arasında dialoqa qarşı çıxanları qəzəbləndirir.

Newscenter.az TASS-a istinadən bildrir ki, bu barədə Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bildirib.

Qərb mediasında ABŞ-ın Ukrayna münaqişəsinin həlli üçün danışıqlar qrupunu dəyişdirmək niyyəti ilə bağlı yayılan şayiələrə münasibət bildirən Dmitriyev bunları deyib:

"Əvvəldən Rusiya ilə ABŞ arasında təmaslara mane olmaq, dialoqu pozmaq cəhdlərinin şahidi olmuşuq. Əlbəttə ki, bu cəhdlər davam edir və davam edəcək. Ağ Ev bu məlumatları açıq şəkildə təkzib edib. Prezident Donald Tramp açıq şəkildə bildirib ki, Stiv Vitkov və Cared Kuşner Rusiya üçün rahat olan etibarlı şəxslərdir".

Daha əvvəl Financial Times qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda daha fəal rol oynamağı planlaşdırır. Lakin Tramp hələ ABŞ-ın hərbi diplomatiyasında dəyişikliklərlə bağlı yekun qərar verməyib. Məlumata görə, Retkliff və Vittkoff arasında ABŞ-ın baş danışıqçısı rolu uğrunda mübarizə başlayıb.

Anar
Xəbəri paylaş