Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-Çin-Rusiya liderləri görüşə bilər

ABŞ-Çin-Rusiya liderləri görüşə bilər


Rusiya, ABŞ və Çin liderləri Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında görüş nəzəri olaraq mümkündür.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitriy Peskov deyib. O bildirib ki, sözügedən görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASEC) sammitində keçirilə bilər:

"Lakin hələlik həmin görüş planlaşdırılmayıb".

Kremlin sözçüsü bildirib ki, ancaq bunu istisna da etmək olmaz:

"Əgər liderlər üçü eyni yerdə olsa, diplomatik kanallar vasitəsilə bəzi təşəbbüslər irəli sürülə bilər. Hələlik belə bir plan yoxdur".

Qeyd edək ki, APEC sammiti 18-19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək.

Anar
Xəbəri paylaş