Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ və Şərqi Zəngəzur dirçəliş dövrünü yaşayır

Qarabağ və Şərqi Zəngəzur dirçəliş dövrünü yaşayır


"Tarixi zəfərimizin 6-cı ilində Qarabağ və Şərqi Zəngəzur dirçəliş dövrünü yaşayır. İşğaldan azad edilmiş hər bir kəndimiz və şəhərimizdə həyata keçirilən geniş miqyaslı quruculuq-abadlıq işləri bölgəyə yeni həyat gətirir".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı yeni reallıqlar, həyata keçirdiyi infrastruktur layihələri beynəlxalq aləm, dünya dövlətləri tərəfindən də artıq qəbul edilir. Arzuman Muradlı qeyd edib ki, artıq xarici ölkələrin müstəqillik və milli günləri də bu məkanlarda qeyd edilir:

"Ötən gün Şuşada Meksikanın müstəqillik gününün şərəfinə rəsmi qəbulun təşkil edilməsi bunun əyani sübutudur. Bu həm də Şuşanın təkcə mədəniyyət deyil, eyni zamanda siyasi paytaxt funksiyasını yerinə yetirdiyini də təsdiqləyir".

Arzuman Muradlı deyib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq-abadlıq işləri öz nəvbəsində Böyük Qayıdış prosesini də sürətləndirir:

"Artıq işğaldan azad edilmiş ərazilərimizin böyük bir hissəsinə vətəndaşlarımız qayıdıb və orada yeni həyat başlayıb. Bütün bunlar Azərbaycanın dağıdıcı deyil, qurucu bir ölkə olduğunu dünyaya sübuta yetirir".

Süleyman
Xəbəri paylaş