
ABŞ prezidenti Donald Tramp əmindir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada nizamlanma ilə bağlı razılığa gəlməyə Vladimir Zelenskidən daha çox sadiqdir.
“Düşünürəm ki, onlar razılaşma əldə edəcəklər. Düşünürəm ki, Putin əslində Zelenskidən daha çox razılaşma istəyir”, - deyə Amerika lideri Ohayoya uçmazdan əvvəl Ağ Evin Cənub Çəmənliyində jurnalistlərə verdiyi müsahibədə bildirib.











































