Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistanda qayığın batması nəticəsində 13 uşaq ölüb

Hindistanda qayığın batması nəticəsində 13 uşaq ölüb


Hindistanın şimal-şərqindəki Bihar ştatının Vayşali rayonunda Qanq çayında baş verən qayıq qəzasında 15 yaşdan kiçik ən azı 13 uşaq həlak olub.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Vayşali rayon administrasiyasının rəhbəri Varşi Sinq məlumat verib.

"Məlumata görə, qayıqda əsasən uşaqlar olmaqla 15-20 nəfər olub. Dəqiq say hələlik məlum deyil. İndiyə qədər 13 cəsəd tapılıb", - deyə o, jurnalistlərə bildirib.

Əyalət rəsmisi bildirib ki, sərnişinlər bir kənddə digərinə çayı keçməklə festivala gedirlərmi.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatları davam edir. Yerli dalğıclara Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri kömək edir. İndiyə qədər yeddi uşaq xilas edilib. Onlar xəstəxanada müalicə alırlar və vəziyyətləri sabitdir.

Anar
Xəbəri paylaş