
İranın şimal-qərbində terror aktları planlaşdırdığı iddia edilən 27 nəfə həbs olunub və dörd silahlı qrupu zərərsizləşdirilib.
Newscenter.az Kazinform-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
İran Kəşfiyyat Nazirliyinin məlumatına görə, əməliyyat Qərbi Azərbaycan əyalətində keçirilib. Saxlanılanlar separatçı qruplarla əlaqədə olmaqda və ölkədə sabitliyi pozmağa yönəlmiş hərəkətlər planlaşdırmaqda şübhəli bilinirlər.
Axtarış zamanı təhlükəsizlik qüvvələri 52 Kalaşnikov avtomatı, 94 maqazin və Starlink peyk rabitə cihazı müsadirə edib.
Bundan əlavə, başqa bir əməliyyat zamanı qonşu ölkələrdən silah qaçaqmalçılığı ilə məşğul olan üç qrupun altı şübhəli üzvü saxlanılıb. Onların arasında bir xarici vətəndaş da var. Hüquq-mühafizə orqanlarının əməkdaşları 201 silah və 100 sursat maqazini müsadirə ediblər.
Cavid İmaməliyev













































