Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və Qərb tarazlıq yarada bilmir

ABŞ və Qərb tarazlıq yarada bilmir


Ötən gün Ağ Ev rəhbərinin ABŞ-ın Ukraynaya raketlər verməsi mümkünlüyü barədə açıqlaması Rusiya-Ukrayna müharibəsinin taleyinin dəyişəcəyi ehtimalı yaradıb. Bəs görəsən, Birləşmiş Ştatlar Ukraynaya vəd etdiyi raket təminatına əməl edəcəkmi?

Newscenter.az-ın xəbərinə görə, siyasi şərhçi Əli Orucov deyib ki, Ukrayna təcavüzkar müharibəyə cəlb olunandan hava üstünlüyünə malik deyil:

"Ancaq bu problemi Birləşmiş Ştatlar və Qərb hələ də aradan qaldlrıb tarazlıq yarada bilmir. Hava Hücumundan Müdafiə sistemləri Ukrayna tərəfə verilmir. Ona görə də Rusiya Ukraynanın hava məkanının etibarlı qorunmamasından istifadə edir. Baxmayaraq ki Rusiyanın da resursları tükənmək üzrədir. Bununla belə KXDR, ÇXR və qismən də İrandan aldığı hərbi dəstək sayəsində tam üstünlüyə sahib olmaq istəyir. Ukraynanın düşməsi Vaşinqtonun beynəlxalq nüfuzuna da maraqlarına da ciddi zərbə vuracaq. Məncə Tramp bunları anlamamış deyil".

Süleyman
Xəbəri paylaş