Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

Türkiyə-BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək




Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri Yüksək Səviyyəli Strateji Şuranın növbəti iclasi keçiriləcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, sözügedən şura 2023-cü ildə təsis edilib və həmin il onun ilk iclası keçirilib.

Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri Yüksək Səviyyəli Strateji Şuranın bu dəfəki iclası isə Türkiyədə baş tutacaq. İclasda Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyan da iştirak edəcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyan bu gün Türkiyəyə səfərə gələcək və səfər zamanı keçiriləcək görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlar müzakirə olunacaq, qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Süleyman
Xəbəri paylaş