Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diplomatik nüfuzumuzu və beynəlxalq liderlik statusumuzu regionda təmin etmişik

Diplomatik nüfuzumuzu və beynəlxalq liderlik statusumuzu regionda təmin etmişik


Dünyada yeni və beynəlxalq nizamdan kənarda qalan, qlobal sistemlə idarə olunmayan ölkələr sanksiyalara məruz qalıblar. Niyə? Çünki beynəlxalq hüquqa zidd siyasət, ədalətsiz mövqe, riyakar yanaşma və qlobal təşkilatlarla əməkdaşlığın düzgün planlaşdırılmaması bir çox ölkələri yeni nizama inteqrasiyadan təcrid etdi. Eyni zamanda, bu ölkələr bir çox təhdidləri də özlərinə cəlb etdilər və dövlətin təhlükəsizlik təminatını ciddi şəkildə təhlükə altına qoydular. Amma Azərbaycanda tamam fərqli situasiyalar yaşandı. Bu, ümumilikdə həm ölkəmiz, həm də regionun gələcək inkişafı üçün, dünyanın baxış bucağında və yanaşmasında yaranan yeni reallıqlardır.

Hakimiyyət və birbaşa cənab Prezident İlham Əliyev hansı uğurlara imza atdı, bunların dövlətimiz üçün nə qədər önəmli olduğunu anlayanlar bunu çox gözəl dərk edirlər. Uğurları qəbul etməyənlər isə simalarının təqdimatını necə verirlər, o da bəllidir.
Sadalayaq: 44 günə ərazi bütövlüyümüzü bərpa etdi.

"Vətən Müharibəsi Qəhrəmanı", "Qarabağ" ordeni kimi yüksək və bizim üçün son dərəcə dəyərli olan dövlət mükafatları təsis edildi. Şuşa Bəyannaməsi imzalandı, Türkiyə ilə strateji müttəfiqliyimiz gücləndi. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi qəbul edilən Qoşulmama Hərəkatı ilə münasibətlər dərinləşdi.

Aİ, ATƏT və NATO ilə ticarət və diplomatik əlaqələr inkişaf etdi. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin açılması və ölkəmizin Avropa bazarına çıxışının təmin edilməsi mühüm strateji uğur oldu. "Qələbə Yolu" – Füzuli–Şuşa avtomobil yolunun salınması isə yeni iqtisadi və turizm potensialı yaratdı.

2024-cü ildə ölkə iqtisadiyyatı 4 faizdən çox artaraq inkişaf etdi. Enerji siyasətində COP29 konfransı uğurla keçirildi, ölkənin qlobal enerji siyasətində mövqeyi möhkəmləndi. Avropaya qaz tədarükümüzü artırdıq. Hərbi sahədə isə ciddi uğurlar və nailiyyətlər qazandıq. Ordumuz müasir hərbi texnika və peşəkar heyətlə təmin olunaraq müdafiə qabiliyyəti gücləndirildi.

Diplomatik və siyasi platformalarda ədalətli mövqeyimizi dünyaya çatdırdıq və bu da beynəlxalq münasibətlər sistemində bizə qarşı olan mövqenin nisbətən düzgün istiqamətdə dəyişməsinə səbəb oldu.

Qarabağda görülən işlər, qısa müddətdə qazanılan uğurlar, o cümlədən “Böyük Qayıdış” planına uyğun olaraq salınan yollar, yaradılan iqtisadi zonalar, hava limanları, elektrik stansiyaları bütün bunlar multivektorlu xarici siyasətin istiqamətlərinin düzgün seçildiyinin göstəricisidir. Bəli, bu, bizim siyasi və milli uğurlarımızdır ki, regionda və beynəlxalq təşkilatlarda söz sahibi olan yeganə ölkəyik.

Biz, region ölkəsi olaraq, ərazi bütövlüyümüz, hərbi gücümüz, enerji siyasətimiz və tranzit imkanlarımızla üstünlüyümüzü qazanmışıq.

Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Xəbəri paylaş