Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TDT-yə üzv olan ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası keçirilib

TDT-yə üzv olan ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası keçirilib


Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində iyulun 23-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclasında iştirak edib.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Respublikaları təmsil olunublar.

İclasda çıxış edən nazir V.Mustafayev Azərbaycanın Türk Dövlətləri Təşkilatının əhəmiyyətini yüksək qiymətləndirdiyini və bu platformanın yalnız siyasi və iqtisadi deyil, eyni zamanda hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi üçün strateji fürsət olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, türk dövlətləri arasında müdafiə sənayesi sahəsində qurulacaq möhkəm əməkdaşlıq mexanizmləri ortaq təhlükəsizlik maraqlarını təmin etməklə yanaşı, milli müdafiə potensialının da gücləndirilməsinə xidmət edəcək.

Nazir Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin müdafiə sənayesi sahəsində birgə elmi-tədqiqat layihələrinin təşkili, texnoloji biliklərin mübadiləsi, mühəndis və texniki kadrların hazırlanması, qarşılıqlı təcrübə proqramları, həmçinin birgə istehsal kimi istiqamətlərdə böyük potensialının olduğunu vurğulayıb. Bu təşkilatın müdafiə sənayesi sahəsində Türk dövlətlərinin texnoloji asılılığını minimuma endirmək üçün zəruri platforma olduğunu bildirən V.Mustafayev ölkələrimiz arasında strateji əməkdaşlığın, həm də qlobal miqyasda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını deyib.

İclasda müdafiə sənayesi sahəsində tərəfdaşlığın önəmindən danışılıb, hərbi-texniki sahədə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Süleyman
Xəbəri paylaş