
Şərqi Qazaxıstan və Abay vilayətlərində zəlzələ baş verib,
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Zəlzələ Astana vaxtı ilə saat 15:37-də qeydə alınıb.
Məlumata görə, zəlzələnin episentri Almatıdan 793 kilometr şimal-şərqdə, Qazaxıstan ərazisində yerləşib.
Ust-Kamenoqorsk və Şərqi Qazaxıstanın 4 rayonunda və Abay vilayətlərində zəlzələ 4 bal gücündə olub.
Anar Əliyev