Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın xarici ticarət dövriyyəsi 37 milyard dollara çatıb

Özbəkistanın xarici ticarət dövriyyəsi 37 milyard dollara çatıb


Cari ilin 6 ayı ərzində Özbəkistanın xarici ticarət dövriyyəsi 37 milyard dollara çatıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Milli Statistika Komitəsi məlumat verib.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 milyard dollar və ya 16,1% artıb.

Özbəkistanın xarici ticarət dövriyyəsində 16,9 milyard dolları ixrac, 20,1 mlrd dolları isə idxal təşkil edir.

Özbəkistan dünyanın 194 ölkəsi ilə ticarət əlaqələri saxlayır.

Süleyman
Xəbəri paylaş