
Vaşinqtonda bir dəfə qurulan masa, 30 il ərzində qurulan bütün rus masalarından daha böyük və daha hörmətlidir. Azərbaycan və Ermənistan liderləri tərəfindən Ağ Evdə əldə olunan razılaşmalar bir cəhətdən də, Cənubi Qafqazın Rusiyanın təsirindən xilas edilməsi istiqamətində vacib bir mərhələ idi. Düzdür Kreml hələ tam olaraq regiondan çıxmayıb. Onların Ermənistanda hərbi bazası var və bu ölkə Gürcüstanın bir hissəsini işğal edib. Lakin, bilinən bir reallıqda var ki, şimal ayısının postu əvvəlki qədər qalın deyil. İndi əsrlər sonra regiona sülh və əmin-amanlıq gəlir və bu irəliləyiş demək olar ki, hər kəs tərəfindən müsbət qiymətləndirilir. Ancaq iki ölkə mövcud proseslərə öz mənfi münasibətini bildirir. Biri Rusiya, biri də İran. İndi daha aydın görünür ki, hər iki ölkə həm Azərbaycan, həmdə erməni xalqının düşmənidir. Onların istəyi sadəcə Cənubi Qafqazda hər daim silah səsləri gəlsin, münaqişə davam etsin və bunlar həmin xaosdan yararlansın. Məhz eyni xislətin davamıdır ki, istər Rusiya, istərsə də İrandan media ruporları, həmdə siyasilər tərəfindən hədə dolu bəyanatlar, fikirlər səsləndirilir. Lakin bütün bunların boş söz yığnağı olduğu aşkardır. Çünki Cənubi Qafqazın siyasi-iqtisadi gündəliyi, mövcud perspektivləri və həmin perspektivlərə fokuslanmış güclər Moskva-Tehran ikililsindən daha böyükdür. Məhz həmin maraqlar regionda çox qatmanlı təhlükəsizlik çətiri formalaşdırır. Yəni, Solovyov kimilərin hürməsi heçnəyi dəyişən deyil.
Pərviz Mirizadə, siyasi şərhçi