
Yaxın vaxtlarda Bakıda özbək bazarı fəaliyyətə başlayacaq.
Bu barədə məlumat Newscenter.az-a Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyindən (ATUİAB) daxil olub. Bildirilib ki, özbək bazarı Bakının Yasamal rayonu ərazisində bir vaxtlar "Kəndçi bazarı" deyilən ərazidə fəaliyyət göstərəcək. ATUİAB-dan bildirilib ki, artıq tərəflər arasında müvafiq prosedur işləri tamamlanıb.
Məlumata görə, ATUİAB İdarə Heyətinin sədri Ruslan İmanzadə özbək fermerlərinin istehsal etdiyi məhsullarının Azərbaycana ixracı və yeni açılacaq özbək bazrında satışa çıxarılması ilə bağlı Özbəkistanda görüşlər keçirir. Artıq bir neçə iri sahibkar və fermerlə görüşlər keçirilib və müvafiq razılıq əldə olunub.
Süleyman