Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün təbii sərvətlər xalqındır – Tokayev

Bütün təbii sərvətlər xalqındır – Tokayev


Valideynlər, məktəblər və dövlət qüvvələrini birləşdirməli, uşaq təhsilinə xüsusi diqqət yetirməlidir.

Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda deyib.

Prezidentin sözlərinə görə, orta və ali məktəblərdə hüquqi maarifləndirmə işini gücləndirmək lazımdır.

"Uşaqlara qanunları sadə dillə izah etmək məqsədəuyğundur. Media və sosial şəbəkələr vasitəsilə müvafiq iş aparılmalıdır. Ailə tərbiyəsi də gənclərin hüquqi şüuruna böyük təsir göstərir. Biz bunu heç vaxt unutmamalıyıq", - Tokayev deyib.

Onun sözlərinə görə, valideynlər, məktəblər və dövlət öz səylərini cəmləməli, uşaqların təhsilinə xüsusi diqqət yetirməlidir:

"Yalnız o zaman biz qanunlara tabe olan, həm özünün, həm də başqalarının hüququna hörmət edən nəsil yetişdirəcəyik. Qanun və nizam-intizam Ədalətli Qazaxıstanın yaradılması üçün əsas ilkin şərtlərdir".

Mehman Mehdiyev
Xəbəri paylaş