Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda karton istehsalı müəssisəsi yanır

Sumqayıtda karton istehsalı müəssisəsi yanır



Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Newscenter.az xəbər verir ki, "Report"un yerli bürosunun məlumatına görə, Sumqayıtda karton istehsalı müəssisəsində yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Hadisənin başvermə səbəbləri araşdırılır.
Xəbəri paylaş