
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi cari ilin avqustun 26-da həmin telekanalda yayımlanıb. Möhtərəm Prezident müxbirin suallarını cavablayan zaman öz məzmunlu və məntiqli fikirləri ilə tarixi faktları ictimaiyyətin diqqətinə çatdırıb".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Tural İsmayılov deyib. O bildirib ki, Prezident İlham Əliyevin Vaşiqtonda ABŞ prezidenti və Ermənistan baş naziri ilə görüş keçirməsi dünya ictimaiyyətinin diqqətində və marağında idi:
"Çünki cənab İlham Əliyev müharibədə qalib olduğu kimi sülh platformasında da yeni bir tarix yazdı. Bəli, bu tarixi hadisə idi. Möhtərəm Prezident, doğma Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev cəsarət və uzaqgörənlik göstərərək Vaşiqtonda tarixi sənədin imzalanmasına nail oldu. Bu müharibə meydanındakı Qələbədən sonra,sülh platformasındakı növbəti uğurumuz idi. Çünki orada sülh sazişinin paraflanması məhz 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır. Həm də burada vacib məqam ondan ibarətdir ki, Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq".
Anar Əliyev