Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzza zolağında əhalinin vəziyyətinin pisləşməsi dərin narahatlıq doğurur - Mirziyoyev

Qəzza zolağında əhalinin vəziyyətinin pisləşməsi dərin narahatlıq doğurur - Mirziyoyev


Qəzza zolağında vəziyyət yenidən gərginləşir və əhalinin vəziyyəti dərin narahatlıq doğurur.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Şanxay Əməkdaşlıq Təşkilatı Plus” formatında keçirilən iclasda çıxışı zamanı deyib.

"Beynəlxalq problemlərdən danışarkən Qəzza zolağındakı vəziyyətə diqqət yetirməyə bilmərəm. Bu regionda vəziyyətin getdikcə gərginləşməsi və əhalinin vəziyyətinin pisləşməsi dərin narahatlıq doğurur", - Mirziyoyev bildirib.

Onun sözlərinə görə, Özbəkistan hesab edir ki, Yaxın Şərqdəki münaqişəni yalnız Fələstin-İsrail məsələsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında ədalətli həlli yolu tapmaqla dayandırmaq olar.

Mirziyoyev münaqişələr dalğasının dayandırılmasının, etimadın bərpa olunmasının, dinc yanaşı yaşamaya çalışmağın, beynəlxalq hüququn hamı tərəfindən tanınmış prinsip və normalarına hörmətlə yanaşmağın vacibliyini vurğulayıb.

Süleyman
Xəbəri paylaş