Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hindistan beynəlxalq normalara məhəl qoymur

Hindistan beynəlxalq normalara məhəl qoymur


"Azərbaycan Prezidenti İlham Əliyevin "Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan intiqam almaq ardınca düşüb" sözləri, əslində bu ölkənin siyasi hakimiyyətinin başında duranların qiymətini verdi. Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) Azərbaycanın üzvlüyü ilə bağlı veto hüququndan istifadə edərək, təşkilata ünvanladığımız müraciətimizi bloklaması, əslində bunun başlıca səbəbi Azərbaycanın və Pakistanla olan münasibətlərindən qaynaqlanması hər kəsə məlumdur".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Hindistan hökumətinin bu kimi düşünülməmiş addımları birinci dəfə deyil və ABŞ-la yaşanan gərginliyi buna nümunə gətirmək olar:

"Hindistan beynəlxalq normalara məhəl qoymur və Rusiya ilə bazarlıqlara qoşulması, xüsusilə də neft və qaz alışı ilə bağlı, rəsmi Dehlinin ABŞ-ın qəzəbinə səbəb olması da bu ağılsız siyasətin nəticəsindən irəli gəlir. Bu səbəbdən bu gün, Tramp adminstrasiyası Hindistana qarşı, Avropanın da əlavə rüsumlar tətbiq etmələri ilə bağlı çağırış edib. Bu Trampın Hindistana qarşı Rusiyadan neft və qazın alınmasına dair tətbiq etdiyi 50 faizlik rüsumun fonunda olan çağırışdır".

Ekspert hesab edir ki, bütün bunları nəzərə alsaq və Hindistanla Rusiya arasında son zamanlar qurulan münasibətlər fonunda, ŞƏT-də Azərbaycanın qarşısında Dehlinin səd çəkməsinini Rusiyanın sifarişi kimi də qəbul etmək mümkündür:

"Çünki, bu aralar Hindistanın ölçüsüz siyasəti, Rusiyanın çaldığı havaya daha çox uyğun gəlir".

Anar Əliyev
Xəbəri paylaş