Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycanla münasibətləri normallaşdırmağa məhkumdur

Rusiya Azərbaycanla münasibətləri normallaşdırmağa məhkumdur


"Rusiya Azərbaycanla münasibətləri normallaşdırmağa məhkumdur. Çünki Bakı ilə münasibətləri gərginləşdirmək Moskva üçün daha təsirli və mənfi sonuclara səbəb ola bilər. Artıq bu reallığı Kremldə də dərk edirıər".

Newscenter.az xəbər verir ki, bunları "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, Rusiya Cənubi Qafqazı uzun illər öz "arxa bağçası" kimi görüb. Lakin son illərdə Türkiyə, İran və Qərb (xüsusilə də AB və ABŞ) bölgədə aktiv rol oynamağa başlayıb:

"Azərbaycan-Türkiyə əlaqələrinin hərbi və iqtisadi baxımdan güclənməsi Rusiyanı narahat edirdi. Eyni zamanda Bakının Qərblə, Avropa və Amerika ilə qarşılıqlı faydalı əməkdaşlıq qurması şimal qonşumuzda ciddi qıcıq yaradıb. Kremldə hesab edirdilər ki, Azərbaycana hansısa formada təsir göstərməklə Bakını bu siyasətindən geri döndərə biləcəklər. Ancaq Rusiya rəsmiləri unudurdu ki, Azərbaycan 90-cə illərin Azərbaycanı deyil və günümüzdə heç bir qüvvə, heç bir ölkə Bakıya qarşı təzyiq tonunda danışa bilməz"

Arzuman Muradlı deyib ki, Azərbaycanın enerji resursları (xüsusilə qaz və neft) Avropa üçün alternativ enerji mənbəyidir:

"Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP kimi layihələr Rusiyanı enerji sahəsində əvəz edə biləcək marşrutlar yaradır. Hazırda Rusiya enerji bazarlarında təzyiq altındadır. Sanksiyalar, qiymət artımları və s.). Buna görə də Azərbaycanla əməkdaşlıq etmək, Bakı ilə gərginlyi aradan qaldırmaq və normal qonşuluq münasibətlərini davam etdirmək iqtisadi baxımdan da Rusiya üçün məntiqlidir".

Arzuman Muradlı onu da bildirib ki, Rusiya üçün Orta Asiya ilə quru bağlantısı vacibdir və Zəngəzur dəhlizi bu baxımdan strateji əhəmiyyət daşıyır:

"Bu dəhlizin reallaşması Rusiya üçün də iqtisadi dividentlər gətirə bilər. Sözügedən kommunikasiyanın reallaşması istiqamətində Azərbaycanın razılığı və söz sahibi olması reallığını dərk edən Rusiya bütün bu sadaladığım məqamları nəzərə alaraq Azərbaycanla münasibətləri yumşaltmağa və hətta bundan sonra daha da inkişaf etdirməyə məcburdur. Bir şərtlə də Rusiya Azərbaycana məxsus sərnişin təyyarəsini vurub insanların həyatına son qoyduğu üçün Bakıdan rəsmi qaydada üzr istəsin".

Süleyman
Xəbəri paylaş