Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan və Belarus birgə xarici ticarət şirkəti yaradacaq

Özbəkistan və Belarus birgə xarici ticarət şirkəti yaradacaq


Özbəkistan və Belarus Daşkənd və Minskdə nümayəndəlikləri ilə birgə ixtisaslaşmış xarici ticarət şirkətinin yaradılması üzərində işləyirlər.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki,Vitebskdə keçirilən III Belarus-Özbəkistan Qadın Biznes Forumunun plenar iclasında Özbəkistanın Belarusla ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə böyük önəm verdiyi qeyd edilib.

Qeyd edilib ki, Belarus tərəfdaşları ilə ticarəti daha da inkişaf etdirmək üçün Minsk və Daşkənddə ofisləri, o cümlədən ticarət evləri və daimi sərgi salonları olan birgə ixtisaslaşmış xarici ticarət şirkətinin yaradılması üzərində işləyir. Bu tədbirlər məhsulların hər iki ölkənin bazarlarında daha effektiv təşviqini təmin edəcək, logistika və gömrük prosedurlarını sadələşdirəcək, çatdırılma müddətlərini və xarici iqtisadi fəaliyyət iştirakçıları üçün xərcləri azaldacaq.

Anar Əliyev
Xəbəri paylaş