Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Asiya ilə Körfəz ölkələri arasında ticarət dövriyyəsi 3,3 milyard dollara çatıb

Mərkəzi Asiya ilə Körfəz ölkələri arasında ticarət dövriyyəsi 3,3 milyard dollara çatıb


2024-cü ildə Fars körfəzi ölkələri (Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı) ilə Mərkəzi Asiya arasında ticarətin həcmi 3,3 milyard dollar təşkil edib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Avrasiya İnkişaf Bankının mətbuat xidməti məlumat yayıb.

Bu rəqəm 2020-ci illə müqayisədə 4,2 dəfə çoxdur.

Qarşılıqlı ticarətin 80 faizi Körfəz ölkələrindən Mərkəzi Asiyaya idxal olunan malların payına düşür.

Körfəz ölkələrinin bölgədəki ən böyük ticarət tərəfdaşları Türkmənistan, Özbəkistan, Qazaxıstandır.

Fars körfəzi ölkələri arasında Mərkəzi Asiya ilə ümumi ticarətin 97 faizini təmin edən Birləşmiş Ərəb Əmirlikləri mütləq liderdir.

Süleyman
Xəbəri paylaş