
“Özbəkneftqaz” SC və Azərbaycanın SOCAR-ın rəhbərləri arasında videokonfrans keçirilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə dövlət başçısının qərarı ilə təsdiq edilmiş məhsul bölgüsü sazişinin icrası və Ustyurt rayonunda investisiya bloklarında geoloji kəşfiyyat işlərinə başlanılması ilə bağlı tədbirlər müzakirə olunub. Layihənin icrası üzrə texniki işlərə və operator şirkətin təşkili ilə bağlı məsələlərə də diqqət yetirilib.
Qeyd edildiyi kimi, 2025-ci il iyulun 24-də Özbəkistan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəkneftqaz” SC arasında Ustyurt neft-qaz regionunda investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması və sonradan karbohidrogenlərin hasilatını əhatə edən məhsulların bölüşdürülməsinə dair saziş imzalanıb. Bu görüş sənədin icrası ilə bağlıdır.
Görüş zamanı tərəflər əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və gələcək birgə fəaliyyətə hazır olduqlarını bildiriblər.
Süleyman