Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?


"İranda Məsud Pezeşkian və Ali Rəhbər Ali Xamenei arasında gərginlik, əslində birincinin prezident postuna gəlməsi ilə daha da artdı. Pezeşkian islahatçıdır və xalq bu səbəbdən ona etimad göstərib. O ölkədəki mövcud durumun və gərginliyin məhz islahatlar yolu ilə həllini gördüyünü İranın digər əsas hakimiyyət orqanı olan Dini Rəhbərə izah edir və bu istiqamətdə mübarizə aparır. Nəticədə ziddiyyətli məqamlar meydana çıxır və durum dəyişmədən daha da gərginləşməkdə davam etməkdədir".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, ölkədə aradan qaldırılması problemlər mövcuddur və xüsusilə də hüquq və insan haqları ilə bağlı cəmiyyətdə narazılıq var:

"Bu səbəbdən islahatçı Pezeşkianın, İran xalqının əksər hissəsi tərəfindən dəstəklənməsi digər tərəfi bərk qorxudur və bütün bunlar idarəçilik sisteminə öz təsirini göstərir.Biz bilirik ki, İranın siyasi sistemi teokratik -respublika xarakterlidir. Prezident və Dini Rəhbər arasında zaman -zaman güc balansının qorunması ilə bağlı ciddi toqquşmalar olub və bu gün də bu davam etməkdədir. Bu səbəbdən İran xalqı iki qanadlı hakimiyyət sisteminin ölkəyə gətirdiyi fəsadları yaşamaga hələ ki, məcburdur və ölkədəki mövcud durumdan dolayı, ölkə hər zaman sosial partlayışla üz-üzə gələ bilər. Bu baxımdan İranda yenidən sabitliyin pozulması mümkündür və bunun baş verməsi üçün kifayət qədər səbəblər var".

Süleyman
Xəbəri paylaş