Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Azərbaycan əlaqələrinin normallaşması mümkündürmü?

Rusiya-Azərbaycan əlaqələrinin normallaşması mümkündürmü?


"Rusiya-Azərbaycan əlaqələrinin normallaşması istiqamətində ilk növbədə rəsmi Kreml AZAL təyyarəsinin vurulması ilə bağlı rəsmi üzr istəməli və təzminat ödəməlidir. Çində prezident İlham Əliyevlə V.Putinin ayaqüstü salamlaşması təsadüfi idi. Bu təsadüfi və ayaqüstü əl sıxışmaqdan böyük nəticələr gözləməyə dəyməz".

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil:

"Azərbaycanla Rusiya qonşu ölkələrdi və tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq yüksək səviyyədə olub. Amma, Rusiya Azərbaycanın müstəqil siyasət aparmasını qəbul etmir və Cənubi Qafqazda yeni geosiyasi nizamı narahatlıqla qarşılayır.

Rusiyanın AZAL təyyarəsinin vurulmasının üstündən keçərək, əvəzində bir neçə rusun həbsdən azad olunmasını tələb etmək isə, siyasi etika qaydalarına ziddir".

Politoloq qeyd edib ki, Rusiya özü Azərbaycanla fundamental problemlər yaradıb:

"Bunu aradan qaldırmaq üçün ciddi addımlar atmalıdır. Göründüyü kimi, Rusiyanın anti-Azərbaycan siyasəti öz əleyhinə çevrilib. V. Putin mətbuat konfransında siyasi böhranı etiraf etsə də, konkret addımlar atmır.

Ümumiyyətlə, Rusiya yaxın perspektivdə AZAL təyyarəsi ilə bağlı Azərbaycandan rəsmi üzr istəməsi və təzminat ödəməsi gözlənilmir".

Süleyman
Xəbəri paylaş