Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın enerji sektorunda ən böyük xarici investorlardan biri

Özbəkistanın enerji sektorunda ən böyük xarici investorlardan biri


Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, nümayəndə heyətinə Acwa Power Company Direktorlar Şurasının sədri Məhəmməd Abunayan başçılıq edib. Görüşdə “InterHealth”, “Vision Invest”, “Miahona”, “Riyadh Cables”, “Saudi Tabreed”, “Al Bawani”, “Al Kathiri Holding”, “Abunayyan Holding”, “Kdot Partners” və digər iri korporasiyaların rəhbərləri də iştirak ediblər.

Görüşdə əczaçılıq, səhiyyə, nəqliyyat, enerji, su təchizatı, sənaye əməkdaşlığı və rəqəmsal iqtisadiyyatın inkişafı məsələləri müzakirə edilib.

Danışıqların sonunda tərəflər əməkdaşlığın strateji əhəmiyyətini vurğulayaraq, yeni perspektivli layihələrin birgə hazırlanması barədə razılığa gəliblər.

Mehman Mehdiyev
Xəbəri paylaş