
“Türkiyə və Azərbaycan güclü infrastrukturları və güclü əlaqələri ilə regional təchizat təhlükəsizliyi və qlobal bazarlarda etibarlı tərəfdaş olmağa davam edəcəklər”.
Newscenter.az xəbər verir ki, bunları Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağının sarsılmaz olaraq davam etdiyini vurğulayan Bayraktar deyib ki, həmişə haqqında danışdığımız bir millət, iki dövlət konsepsiyası özünün ən bariz nəticəsini xüsusilə enerji sektorunda həyata keçirilən böyük layihələrlə tapır:
"Enerji ölkələrimizin inkişafının və çiçəklənməsinin əsas hərəkətverici qüvvələrindən biridir. Türkiyə və Azərbaycan geostrateji yerləşməsi, zəngin resursları və inkişaf etmiş infrastrukturu ilə bir-birini tamamlayan rol oynayır, eyni zamanda, bu günə qədər regional və qlobal enerji təchizatında çox mühüm layihələr həyata keçirirlər. Təbii qaz yataqları bizim müştərək baxışımızın dəqiq və nəticə yönümlü olduğunu göstərir ki, Azəri-Çırak-Günəşli və Şahdəniz yataqları ilə təməl əməkdaşlığımız bu il imzaladığımız Şafak-Asiman yatağında yeni bir ölçü qazandı".
Nazir deyib ki, biz qlobal bazarlarda etibarlı tərəfdaşlar olmağa davam edəcəyik.
Anar Əliyev