
"Tramp öz reputasiyasını qorumaq naminə Vaşinqtonda imzalanan bəyannamənin həyata keçməsi üçün addımlar atacaq. Amma son günlər Trampın səhhəti ilə bağlı şaiyələr belə bir fikir formalaşdırır ki, ona ciddi şəkildə nəsə olarsa, atılacaq addımların yarımçıq qalma ehtimalı böyükdür. Fikrimcə, Zəngəzur dəhlizi hər halda açılacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, İranın bu dəhlizə etirazları fonunda
ABŞ-ın regiona gəlməsi Rusiya ilə razılaşdırılmış məsələdir:
"Rusiya İranla münasibətlərinin korlannaması üçün dəhlizə nəzarətin ABŞ-a dövr edilməsinə etiraz etmədi. Çünki İran ABŞ-dan çəkinir və əks halda başına gələcəklərini bilir. Rusiyanın isə belə bir imkanı yoxdur. Hesab edirəm ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyannaməsindən fərqli olaraq 8 avqust Vaşinqton bəyannaməsi öz məntiqi sonluğuna çatacaq".
Süleyman