Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton razılaşması Azərbaycan-Ermənistan münasibətlərində irəliləyişlərə gətirib çıxaracaq

Vaşinqton razılaşması Azərbaycan-Ermənistan münasibətlərində irəliləyişlərə gətirib çıxaracaq


"8 avqust Vaşinqton görüşü və görüş zamanı əldə edilən razılşmalar, verilən bəyanatlar və ondan sonrakı dövrdə atılan addımlar onu deməyə əsas verir ki, Vaşinqton razılaşması istər Azərbaycan-Ermənistan, istərsə də Azərbaycan-ABŞ münasibətlərində irəliləyişlərə gətirib çıxaracaq".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə səsləndirib:

"Məlumdur ki, həmin görüşdə sülh sazişinin paraflanması ilə yanaşı, ATƏT Minsk Qrupundan imtina olunması, Zəngəzur dəhlizinin açılması və eləcə də ABŞ tərəfindən haqsız olaraq ölkəmizə qarşı tətbiq edilən 907-ci düzəlişin icrasının dayandırılması ilə bağlı razılaşmalar da əldə olunmuşdur.
Həmin görüşdən keçən qısa vaxt ərzində 907-ci düzəlişin dayandırılması ilə bağlı qərar artıq verilib. Bir neçə gün əvvəl ATƏT Minsk qrupunun buraxılması haqqında qərar da qəbul olundu. Gələn həftə isə Zəngəzur dəhlizi, dəhlizin texniki və siyasi detallarının, qoyulacaq investisiyaların həcminin, tikinti işlərinin başlama vaxtı və digər məsələlərin müzakirə üçün ABŞ nümayəndə heyətinin Ermənistana səfəri gözlənilir".

Politoloq qeyd edib ki, bu səfər çərçivəsində əldə olunacaq razılşamalar və layihənin icrası üçün əməlli addımların atılmasının həm Azərbaycan-Ermənistan münasibətləri həm də region üçün müsbət təsirləri olacaq:

"Nəqliyyat yollarının açılması ilk növbədə həm də iqtisadi mənfəət deməkdir və bu da layihədə maraqlı olan dövlətlər arasında davamlı sülh üçün vacib şərtlərdən biridir. Bu mənada 2020-ci il üçtərəfli bəyanatından fərqli olaraq indi əldə olunan razılşamalar istiqamətində çüvik addımların atıldığını deyə bilərik".

Süleyman
Xəbəri paylaş