Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“ŞƏT praktikada: Yeni Özbəkistanın təşəbbüsləri” mövzusunda dəyirmi masa keçirilib

“ŞƏT praktikada: Yeni Özbəkistanın təşəbbüsləri” mövzusunda dəyirmi masa keçirilib


Özbəkistanın paytaxtı Daşkənddə “ŞƏT praktikada: Yeni Özbəkistanın təşəbbüsləri” mövzusunda dəyirmi masa keçirilib.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, dialoqa dövlət təşkilatlarının və qeyri-hökumət qeyri-kommersiya qurumlarının nümayəndələri, alimlər, millət vəkilləri, gənc tələbələr dəvət olunub.

Tədbirdə ŞƏT-in Çin sammitində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin irəli sürdüyü təşəbbüslər iştirakçıların diqqət mərkəzində olub.

Qeyd edək ki, Özbəkistan rəhbəri təşkilatın və onun təsisatlarının səmərəliliyinin artırılmasını təklif edib. O, həmçinin Qlobal Cənub ölkələri də daxil olmaqla, təşkilatın yeni tərəfdaşları daxil etmək üçün genişləndirilməsi ideyasını dəstəkləyib.

Özbəkistan Prezidenti təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirib: o, ŞƏT-in Nüvə Təhlükəsizliyi Bəyannaməsinin qəbul edilməsini, daxili işlər nazirlərinin iclasının fəaliyyətinin bərpasını, cinayətkarlıqla mübarizə üzrə sazişin yenilənməsini, 2030-cu ilə qədər narkomaniyaya qarşı mübarizə proqramının hazırlanmasını təklif edib.

Bundan əlavə, Əfqanıstanda dialoq və sosial layihələrin həyata keçirilməsi məqsədilə ŞƏT-Əfqanıstan dialoq qrupunun fəaliyyətinin bərpasını dəstəkləyib.

Süleyman
Xəbəri paylaş