Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton görüşündə əldə olunan razılaşmaların reallaşdırılması istiqamətində praktik olaraq işlərin başlanıldığının şahidi oluruq

Vaşinqton görüşündə əldə olunan razılaşmaların reallaşdırılması istiqamətində praktik olaraq işlərin başlanıldığının şahidi oluruq


"Avqustun 8- də Birləşmiş Ştatların Prezidenti Donald Trampın moderatorluğu ilə Vaşinqtonda əldə olunan razılaşmalar 2020-ci ildə imzalanan lakin, tam şəkildə icra olunmayan üçtərəfli bəyanatla müqayisədə daha geniş və strateji yeniliklər təqdim edir. Bu səbəbdən iki proses arasında əsaslı fərqlər mövcuddur".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, ABŞ və Rusiyanın Cənubi Qafqazla bağlı geosiyasi və geoiqtisadi maraqları eyni deyil:

"Rəsmi Moskvanın bölgəyə yanaşması imperiya düşüncəsindən qaynaqlandığı halda, Tramp administrasiyasının yanaşması ticari-iqtisadi faydaya söykənir. Bununla yanaşı, burada regional siyasətin yeni konfiqurasiyası əsasında infrastruktur və iqtisadi əlaqələrin qurulması kontekstində konkret mexanizmlər, hüquqi struktur diqqət çəkir".

Pərviz Mirizadə qeyd edib ki, artıq Vaşinqton görüşündə əldə olunan razılaşmaların reallaşdırılması istiqamətində praktik olaraq işlərin başlanıldığının şahidi oluruq:

"Minsk qrupunun ləğvi, növbəti həftə ABŞ nümayəndələrinin Zəngəzur dəhlizi ilə bağlı məsələlərin müzakirəsi üçün İrəvana gözlənilən səfəri, Ermənistanın konstitusiya islahatlarına hazırlaşması və digər proseslər hər biri müsbət impluslardır. Məhz bu səbəbdən Vaşinqton razılaşmaları 10 Noyabr bəyanatından fərqli olaraq Cənubi Qafqazın taleyini həll edən tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir".

Süleyman
Xəbəri paylaş