Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Azərbaycan əlaqılərinin normallaşması mümkündürmü?

Rusiya-Azərbaycan əlaqılərinin normallaşması mümkündürmü?


Rusiya- Azərbaycan əlaqələrinin normallaşması istiqamətində ilk növbədə rəsmi Kreml AZAL təyyarəsinin vurulması ilə bağlı rəsmi üzr istəməli və təzminat ödəməlidir. Çində prezident İlham Əliyevlə
V.Putinin ayaqüstü salamlaşması təsadüfi idi. Bu təsadüfi və ayaqüstü əl sıxışmaqdan böyük nəticələr gözləməyə dəyməz.
Təbii ki, Azərbaycan Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil. Azərbaycanla Rusiya qonşu ölkələrdi və tərəflər arasında bir çox sahələrdə əməkdaşlıq yüksək səviyyədə olub. Amma, Rusiya Azərbaycanın müstəqil siyasət aparmasını qəbul etmir və Cənubi Qafqazda yeni geosiyasi nizamı narahatlıqla qarşılayır.
Rusiyanın AZAL təyyarəsinin vurulmasının üstündən keçərək, əvəzində bir neçə rusun həbsdən azad olunmasını tələb etmək isə, siyasi etika qaydalarına ziddir.
Rusiya özü Azərbaycanla fundamental problemlər yaradıb. Bunu aradan qaldırmaq üçün ciddi addımlar atmlıdır. Göründüyü kimi, Rusiyanın anti-Azərbaycan siyasəti öz əleyhinə çevrilib. V. Putin mətbuat konfransında siyasi böhranı etiraf etsə də, konkret addımlar atmır.
Ümumiyyətlə, Rusiya yaxın perspektivdə AZAL təyyarəsi ilə bağlı Azərbaycandan rəsmi üzr istəməsi və təzminat ödəməsi gözlənilmir. Rusiya Ukraynada ağır nəticələrlə üzləşdiyi fonunda Azərbaycanla siyasi böhranın aradan qaldırılması üçün addımlar atması mümkündür.
Azərbaycan mövqeyini kifayət qədər gücləndirib. Azərbaycan Cənubi Qafqazda geri dönüşü olmayan yeni geosiyasi reallıqlar yaradıb. Azərbaycan Orta Dəhlizin səmərəliliyinin artırılması və nəqliyyat qovşağı kimi Avropa İttifaqının, ABŞ və Çinin dəstəyini alıb. Belə olan təqdirdə Rusiyanın Azərbaycana təzyiqləri heç bir nəticə verməyəcək.
Məhəmməd Əsədullazadə, politoloq
Xəbəri paylaş